Livan mətbuatı: İsrailin hücumları nəticəsində ölənlərin sayı 3 593 nəfərə çatdı

Livan mətbuatı: İsrailin hücumları nəticəsində ölənlərin sayı 3 593 nəfərə çatdı

Hazırda oxunan: Livan mətbuatı: İsrailin hücumları nəticəsində ölənlərin sayı 3 593 nəfərə çatdı
617642
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 2-dən bəri davam edən hərbi gərginlik fonunda İsrail hərbi hava qüvvələrinin Livana təşkil etdiyi aviazərbələr nəticəsində həlak olanların ümumi sayı 3 593 nəfərə, yaralıların sayı isə 10 990-a yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə statistika Livan Səhiyyə Nazirliyinin rəsmi "X" sosial şəbəkə hesabında paylaşılıb.

Məlumata görə, təkcə son sutka ərzində ölkə üzrə həlak olanların sayı 67, yaralananların sayı isə 257 nəfər artıb.
 

Nazirlikdən bildirilib ki, şənbə günü İsrail aviasiyasının Livanın cənubundakı Nəbatiyə əyalətinə və Qərbi Bəkaa bölgəsinə endirdiyi son zərbələr zamanı 35 nəfər həyatını itirib, 120 nəfər isə xəsarət alıb.


Bəyanatda vurğulanır ki, elan olunmuş atəşkəs razılaşmasına baxmayaraq, yaşayış məntəqələrinin bombalanması davam edir, bu səbəbdən günün sonunadək qurbanların və yaralıların sayının daha da artacağı istisna olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO