"Ukraynada müharibə uzun çəkir": Peskov Rusiyanın hədəflərindən danışdı

"Ukraynada müharibə uzun çəkir": Peskov Rusiyanın hədəflərindən danışdı

Hazırda oxunan: "Ukraynada müharibə uzun çəkir": Peskov Rusiyanın hədəflərindən danışdı

617614

Ukraynada müharibə uzun müddətdir davam edir, lakin Rusiya üçün qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və öz maraqlarını təmin etmək prinsipial əhəmiyyət kəsb edir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Çin Media Korporasiyasına (China Media Group - CMG) verdiyi müsahibəsində bəyan edib.

Kremlyönümlü rəsmi müharibənin uzunmüddətli xarakter aldığını qeyd edərək, "Müharibə uzun çəkir, döyüş fazası artıq beşinci ildir ki davam edir və bu, böyük bir vaxtdır", — deyə vurğulayıb.

"Rusiya üçün maraqlarımıza nail olmaq və hərbi əməliyyatın əvvəlində qarşıya qoyulan tapşırıqları icra etmək olduqca vacibdir", — deyə Peskov diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO