ABŞ Zelenskiyə təhlükəsizlik üçün Lvova getməyi tövsiyə edib? – DETALLAR AÇIQLANDI

ABŞ Zelenskiyə təhlükəsizlik üçün Lvova getməyi tövsiyə edib? – DETALLAR AÇIQLANDI

Hazırda oxunan: ABŞ Zelenskiyə təhlükəsizlik üçün Lvova getməyi tövsiyə edib? – DETALLAR AÇIQLANDI

0:00
0:00
61278

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskini təhlükəsizliyi üçün Lvova getməyə çağırıb.

Bizim.Media ABC telekanalına istinadən xəbər verir ki, bu haqda informasiyanı ABŞ prezident administrasiyasındakı mənbə yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskidən xalqa MÜRACİƏT: “Ukrayna heç kimə heç nə verməyəcək” 


“ABŞ administrasiyası Ukrayna prezidenti Vladimir Zelenskini təhlükəsizliyi üçün ölkənin qərbində yerləşən Lvova getməyə çağırıb”. Rusiyanın RBK telekanalı administrasiyanın dediklərindən sitat gətirib.

Daha əvvəl NBC müxbiri Riçard Engel Twitter-də bildirib ki, ABŞ hakimiyyəti Ukrayna hökuməti ilə ölkədə vəziyyətin gərginləşəcəyi təqdirdə Ukrayna lideri Zelenskinin mümkün gedişini müzakirə edib. O, müzakirələrdən xəbəri olan iki mənbəyə istinad edib.

Bir gün əvvəl, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin müraciətində Donbasda vəziyyətin kritik olduğunu bildirib. O, həmçinin Ukrayna hakimiyyətini əhalinin ruslaşmasına qarşı repressiyalarda ittiham edib.

Bundan sonra Rusiya dövlətinin başçısı “DXR” və “LXR”in tanınması haqqında fərmanlar imzalayıb. 
 

Zelenski Putinin qərarını Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması adlandırıb və “Rusiya Federasiyasının bəyanatlarına baxmayaraq” Ukraynanın sərhədlərinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan kimi qalacağını vurğulayıb. 


“Biz heç nədən və heç kimdən qorxmuruq. Bizim heç kimə borcumuz yoxdur Heç kimə heç nə verməyəcəyik”, - deyə Ukrayna lideri bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO