Gürcüstan rusiyalı müxalif jurnalisti ölkəyə buraxmayıb

Gürcüstan rusiyalı müxalif jurnalisti ölkəyə buraxmayıb

Hazırda oxunan: Gürcüstan rusiyalı müxalif jurnalisti ölkəyə buraxmayıb

611507

Rusiyanın “Dojd” telekanalının müxbiri Gürcüstana buraxılmayıb.

Bu barədə telekanalın rəhbəri Yekaterina Kotrikadze Teleqram paylaşımında bildirib. O, telekanalın jurnalisti Aleksandra Şvedçenkonun Gürcüstana buraxılmadığını və bununla bağlı ona heç bir izahat verilmədiyini bildirib.

Yekaterina Kotrikadze qeyd edib ki, Aleksandra Şvedçenko təyyarə ilə gəldiyi istiqamətdə geri göndərilir.

Yerli KİV-in məlumatına görə fevralın 20-də “Dojd” telekanalının baş redaktoru Filip Dzyadkonun da Gürcüstanın dövlət sərhədini keçməsinə icazə verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO