Solovyov Melonini TƏHQİR ETDİ - Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

Solovyov Melonini TƏHQİR ETDİ - Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

Hazırda oxunan: Solovyov Melonini TƏHQİR ETDİ - Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

608537

İtaliyanın xarici işlər naziri Antonio Tayani 21 apreldə bildirib ki, rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun Baş nazir Corca Meloniyə qarşı təhqir dolu ifadələrindən sonra Rusiyanın Romadakı səfirini XİN-ə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFP xəbər dərc edib.

İtaliya mediasının məlumatına görə, aparıcı Vladimir Solovyov Rusiya televiziyasında italyan dilində çıxış edərək Melonini "bəşəriyyət üçün rüsvayçılıq", "vəhşi heyvan", "tamamilə axmaq" və "iyrənc balaca qadın" adlandırıb.

Daha sonra rus dilinə keçərək "bu Meloni seçicilərinə xəyanət edən faşist məxluqdur" deyib və əlavə edib ki, "o, hətta (ABŞ prezidenti Donald) Trampa xəyanət edib".

Tayani sosial media platforması “X”də Rusiya səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağıraraq televiziya aparıcısı Vladimir Solovyovun Rusiya televiziyasında İtaliyanın Baş naziri Corca Meloni haqqında söylədiyi son dərəcə ciddi və təhqiramiz ifadələrlə bağlı rəsmi etirazını bildirdiyini yazıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO