Durov müasir dünyanın əsas “illüziyaları”nı sadaladı

Durov müasir dünyanın əsas “illüziyaları”nı sadaladı

Hazırda oxunan: Durov müasir dünyanın əsas “illüziyaları”nı sadaladı

608220

“Telegram”ın yaradıcısı Pavel Durov sosial şəbəkədə etdiyi sərt paylaşımı ilə yenidən müzakirə mövzusuna çevrilib.

Bizim.Media xəbər verir ki, o, istifadəçilərdən birinin bu gün normal qəbul olunsa da, əslində şübhəli görünən şeylərlə bağlı sualını cavablandırarkən müasir dünyanın əsas “illüziyaları”nı sadalayıb.
 

Durovun sözlərinə görə, bu siyahıya əczaçılıq sənayesi, qida sənayesi, bank sistemi, nikah, vergitutma, dəbdəbə, “müstəqil” media, “qeyri-hökumət” təşkilatları, şəhərlər, ölkələr və hətta reallığın özü daxildir.


İş adamının nikahla bağlı fikirləri xüsusilə daha böyük rezonans doğurub. O hesab edir ki, nikah bahalı və mürəkkəb şəkildə pozulan, ömürlük eksklüziv müqavilədir və bu, nə sabitliyə, nə də real üstünlüklərə zəmanət verir.

Durov, həmçinin ailə münasibətlərinin çox vaxt emosional itkilər və kənar müdaxilələrlə müşayiət olunduğunu vurğulayıb.

Onun paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu fikirləri təxribatçı və ziddiyyətli hesab edib, xüsusilə də Durovun şəxsi həyatı fonunda.

Şərhçilərin diqqətini onun 25 yaşlı sevgilisi Yuliya Vavilova da çəkib. Daha əvvəl Yuliya münasibətlərinin rəsmi qeydiyyata alınmasına eyham vurmuşdu.

İstifadəçilər mediada yer alan məlumatları da xatırladıblar. Həmin xəbərlərə görə, Durov sevgilisinə təxminən 52 min dollar dəyərində NFT token, eləcə də Kann şəhərində keçirilən xeyriyyə hərracında 400 min dollara Hollivud layihəsində rol hədiyyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO