Türkiyə çempionatı oyunundan əvvəl futbolçular arasında dava düşdü – VİDEO

Türkiyə çempionatı oyunundan əvvəl futbolçular arasında dava düşdü – VİDEO

Hazırda oxunan: Türkiyə çempionatı oyunundan əvvəl futbolçular arasında dava düşdü – VİDEO

607325

Türkiyə II Liqasında keçiriləcək “Bursaspor” – “Amedspor” oyunundan öncə qalmaqal yaşanıb.

Qonaq komandanın futbolçuları isinmə hərəkətləri üçün meydana daxil olarkən ev sahibi azarkeşlər onlara qarşı şüarlar səsləndirib.

Oyunçuların bəzilərinin əks-reaksiya verməsi ilə məsələ böyüyüb və iki komandanın futbolçularının davasına çevrilib.

Hadisələrə mühafizə xidmətinin əməkdaşları müdaxilə etməli olub. Bununla bağlı görüntülər “Amedspor”un sosial şəbəkə hesabında paylaşılıb.

Ötən gecə də bir qrup şəxs “Amedspor”un qaldığı hotelin qarşısında fişənglər ataraq millətçi şüarlar səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO