Rusiya Karapetyan kartını AKTİVLƏŞDİRDİ – Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ

Rusiya Karapetyan kartını AKTİVLƏŞDİRDİ – Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ

Hazırda oxunan: Rusiya Karapetyan kartını AKTİVLƏŞDİRDİ – Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ

607080

Rusiya Prezident Vladimir Putinin Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla qalmaqallı görüşündən sonra bu ölkədə Karapetyan kartını aktivləşdirməyə başlayıb.

Belə ki, Paşinyanın Ermənistan qanunvericiliyinin Samvel Karapetyanın seçkilərdə iştirakına icazə vermədiyi barədə açıqlamasına cavab olaraq, qarşı tərəf “Güclü Ermənistan” partiyasının sədri və “Taşir” şirkətlər qrupunun rəhbərinin digər ölkələrin vətəndaşlığından imtina etməsi proseduruna başladığını bəyan edib.
 

Bu barədə açıqlama verən “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü Alik Aleksanyan deyib ki, Samvel Karapetyan Rusiya vətəndaşlığından əlavə, Ermənistan və Avropa ölkələrindən birinin vətəndaşlığına da malikdir. Onun sözlərinə görə, iki aydan sonra Karapetyanın yalnız bir pasportu, Ermənistan pasportu olacaq.



Üstəlik, aprelin 11-də Karapetyanın tərəfdarları İrəvanın azadlıq meydanında mitinq təşkil ediblər. Baş verənlər daha göstərir ki, Rusiya artıq Karapetyan kartını aktivləşdirməyə başlayıb.

Anoloji vəziyyətdə isə Ermənistanda seçkiöncəsi gərginlik istər-istəməz artacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Rusiya Karapetyanı regionda münasibətləri gərginləşdirmək məqsədilə ortaya atıb:

“Məsələ hüquqi cəhətdən ciddi araşdırılsa, baş nazir olmaq istəyən şəxs ən azından 10 il Ermənistanda yaşamalıdır. Digər tərəfdən, Samvel Karapetyan qalmaqallı şəxsdir. Rusiya Karapetyanı Cənubi Qafqaz ölkələri arasında münasibətləri gərginləşdirmək üçün ortaya atıb. Moskva buna nail olmağın yolunu da məhz Ermənistanda öz adamının hakimiyyətə gətirilməsində görür”.

Politoloq seçki dönəmində Ermənistanda gərgin atmosferin yaranacağını təsdiqləsə də, Karapetyanın qalib gəlmək şansının olmadığı qənaətindədir: 

“Düzdür, seçki ərəfəsi Ermənistanda gərginlik xeyli dərəcədə artacaq. Revanşistlər, Moskva öz adamının gəlməsi üçün bütün vasitələrə əl atmağa çalışacaqlar. Amma bunlar keçərli olmayacaq. Rusiyanın qurduğu bir çox oyunlar alınmadığı kimi, Ermənistandakı fəaliyyəti də iflasa uğrayacaq. Moskvanın Karapetyan kartı keçməyəcək. Azərbaycan, Ermənistan və Gürcüstan bu günlərdə birgə hərəkət proqramını müəyyənləşdirəcəklər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO