SEPAH Xameneini satmış komandanı edam etdi - İddia

SEPAH Xameneini satmış komandanı edam etdi - İddia

Hazırda oxunan: SEPAH Xameneini satmış komandanı edam etdi - İddia
600131
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin sabiq komandanı İsmayıl Qaanini edam edib.

Bizim.Media xəbər verir ki, bunu Birləşmiş Ərəb Ərəb Əmirliklərinə məxsus "Nasional" (The National) portalı yazıb.

Saytın yazdığına görə, İsmayıl Qaani İsrail kəşfiyyatına (MOSSAD) agentlik ittihamı ilə martın 4-də saxlanılıb. Martın 5-də isə edam edilib.

Qeyd edək ki, nə SEPAH, nə də İran rəsmi dairələri İsmayıl Qaaninin edamını təsdiqləyib.

Xatırladaq ki, İranın ali rəhbəri Seyid Əli Xamenei və İranın onlarla yüksək vəzifəli rəsmisi 28 fevralda ABŞ ilə İsrailin birgə hücumu zamanı həlak olub. İsrail və ABŞ rəhbərliyi Xameneinin olduğu yerin koordinatlarını kəşfiyyat məlumatı əsasında əldə etdiklərini bildiriblər. Bundan sonra şübhə oxları Xameneinin və digər İran rəsmilərinin öldürüldüyü gün iclası hücumdan bir müddət öncə tərk edən Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaniyə çevrilib.

İsmayıl Qaani bundan əvvəl də müxtəlif illərdə iki dəfə (2024, 27 sentyabr – Hizbullah lideri Həsən Nəsrullah sui-qəsdi; 2025, 13-24 iyun - yüksək rütbəli İran zabitlərinin və nüvə alimlərinin öldürüldüyü İsrail-İran müharibəsi) İsrail hücumlarından sağ çıxıb. İ.Qaaninin adı 2025-ci ildə də şübhəli kimi hallanıb. (Savashmedia.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO