Ronaldonun oğlu atasının yolunu gedir – “Mançester Yunayted”lə MÜQAVİLƏ 

Ronaldonun oğlu atasının yolunu gedir – “Mançester Yunayted”lə MÜQAVİLƏ 

Hazırda oxunan: Ronaldonun oğlu atasının yolunu gedir – “Mançester Yunayted”lə MÜQAVİLƏ 

0:00
0:00
59623

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldonun klubu İngiltərə "Mançester Yunayted"i onun oğlu kiçik Kriştianu ilə rəsmi müqavilə bağlayıb. 

Bizim.Media xəbər verir ki, təqdimat mərasimindən görüntüləri Ronaldonun sevgilisi Corcina Rodriges şəxsi instaqram səhifəsində paylaşıb. 

Həmin fotoda 11 yaşlı kiçik Kriştianu "qırmızı şeytanlar"ın 7 nömrəli formasını nümayiş etdirib.

Kriştianinyo da atasının çıxış etdiyi nömrəni seçib. Daha əvvəl o, "Yuventus"un akademiyasında çıxış edib və ötən ilin yayında İtaliya klubunu tərk edib. 
Qeyd edək ki, Kriştianu Ronaldo "Mançester Yunayted"lə 2021-ci ilin yayında ikinci dəfə müqavilə bağlayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO