İraq ordusu 300-dək “İŞİD” terrorçusunu məhv edib

İraq ordusu 300-dək “İŞİD” terrorçusunu məhv edib

Hazırda oxunan: İraq ordusu 300-dək “İŞİD” terrorçusunu məhv edib

59441
İraq ordusunun həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 300-dək “İŞİD” qruplaşmasının üzvü məhv edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, İraqın müdafiə nazirliyinin açıqlamasında belə deyilir.
 
Məlumatda həmçinin bildirilir ki, hərbçilər iki yaşayış məntəqəsini yaraqlılardan təmizləyiblər, həmçinin,  112 partlayıcı qurğu zərərsizləşdirilib, 18 minalanmış avtomobil məhv edilib.
 
Qeyd edək ki, bundan əvvəl İraqın şimalında yerləşən və strateji əhəmiyyət kəsb edən Zumar şəhərinin “İŞİD” qüvvələrindən azad edildiyi barədə məlumat yayılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO