2 günə İrandan 1,5 milyard dollar çıxarıblar - Biri də Xameneinin oğludur

2 günə İrandan 1,5 milyard dollar çıxarıblar - Biri də Xameneinin oğludur

Hazırda oxunan: 2 günə İrandan 1,5 milyard dollar çıxarıblar - Biri də Xameneinin oğludur
590957
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb.

Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir.

Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon ABŞ dolları məbləğində vəsaiti Dubayda eyni ünvana köçürüb.
 

Bu prosesin aşağıdakı mexanizm üzrə həyata keçirildiyi bildirilir: İranın neft ixracından əldə olunan vəsait yerli banklarda saxlanılmır, əvəzində birbaşa rəqəmsal valyutaya çevrilir. Daha sonra kriptovalyuta Dubaydakı mübadilə məntəqələrinə ötürülür. Burada isə rəqəmsal valyuta qısa müddətdə nağd pula çevrilir, xarici hesablara köçürülür və ya saxta şirkətlər vasitəsilə böyük məbləğlər şəklində ödənilir.


Qeyd edək ki, İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbindən etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərlərinə yayılıb.

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) son hesabatında etirazlar zamanı 147-si təhlükəsizlik əməkdaşı olmaqla, ümumilikdə 2 550 nəfərin həyatını itirdiyini açıqlayıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO