Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi - Dron hücumu TƏHLÜKƏSİ – FOTO

Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi - Dron hücumu TƏHLÜKƏSİ – FOTO

Hazırda oxunan: Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi - Dron hücumu TƏHLÜKƏSİ – FOTO
584958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi Moskva üzərində hava məkanının bağlanması səbəbindən eniş edə bilməyib və ehtiyat aerodromuna yönəldilib.

Bizim.Media BAZA telegram kanalına istinadən xəbər verir ki, paytaxt hava limanlarında gecə saatlarında baş verən PUA hücumları səbəbilə 170-dən çox reys gecikib.

Mənbə yazır ki, Paşinyanın ACJ319 təyyarəsi Tver vilayəti üzərində təxminən bir saat dövrə vurub, lakin eniş icazəsi ala bilməyib. Nəticədə təyyarə Sankt-Peterburqdakı Pulkovo hava limanına yönəldilib və gecə saat 01:00 radələrində orada enib. Baş nazir Almaniya səfərindən Moskvaya uçurmuş və AİB (Avrasiya İqtisadi Birliyi) hökumətlərarası şurasının iclasında iştirak etməyi planlaşdırırdı.

Moskva ətrafı son zamanların ən güclü hücumlarından birini yaşayıb — hava hücumundan müdafiə qüvvələri gecə ərzində 32 dronu vurub. Sakinlər gecə boyu Zelenoqrad, Ramenskoye, Odintsovo və Dubnada ard-arda partlayış səsləri eşidildiyini bildiriblər.

Dörd hava limanı — Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski — fasilələrlə məhdudiyyətlərə keçib. 170-dən çox reys gecikib, ləğv olunub və ya geri dönüb. Bir çox təyyarə nəticədə Pulkovo ehtiyat aerodromuna yönəldilib. İki beynəlxalq reys isə Vladimir vilayəti üzərində bir saatdan çox dövrə vuraraq eniş üçün boşluq gözləyib.

“Vnukovo” hava limanında sərnişinlər terminalda gecələməli olublar — insanlar çimərlik xalçaları, kartonlar sərib və oturacaqlarda yatıblar.

Hücum digər regionlara da təsir edib. Müdafiə Nazirliyinin məlumatına görə, Bryansk vilayəti üzərində 118, Kalujada 40, Tulada 27, Novqorodda 19, Yaroslavlda 11, Lipetskdə 10, Smolenskdə 6, Kursk və Orlov vilayətlərində 5-dən, Voronejdə 4 və Ryazan vilayətində 2 dron məhv edilib.

Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi - Dron hücumu TƏHLÜKƏSİ – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO