Putin və Saakaşvili tərəfdarları arasında-  Dava

Putin və Saakaşvili tərəfdarları arasında- Dava

Hazırda oxunan: Putin və Saakaşvili tərəfdarları arasında- Dava

57217
Gürcüstanın paytaxtı Tiflisdə indiki və əvvəlki hakimiyyətlərin tərəfdarı olan gənclər təşkilatlarının üzvləri arasında kütləvi dava olub. Tərəflər biri-birini amansızlıqla döyüblər. 

Moderator.az  virtualaz.org-a istinadən xəbər verir ki, toqquşmalara səbəb hakimiyyətdə olan “Gürcü arzusu” koalisiyasının tərəfdarları ilə müxalifətdəki Vahid Milli Birlik Partiyasının (VMBP) üzvləri arasındakı qarşılıqlı ittihamlardır. Tərəflər bir-birini zorakılıqda suçlayır.

Küçə döyüşləri Tiflisin Pekin küçəsində şənbə günü baş verib. Kütləvi davada iki QHT-nin üzvləri - müxalifətdəki VMBP-yə və sabiq prezident Mixail Saakaşviliyə rəğbətini gizlətməyən “Azad zona” gənclər təşkilatının və hakimiyyətdəki “Gürcü arzusu” koalisiyasını dəstəkləyən “Azad nəsil” gənclər təşkilatının üzvləri iştirak edib.

İğtişaşlar “Azad nəsil” təşkilatının ideoloqlarından biri olan jurnalist Zaza Davitayanın döyülməsindən sonra başlayıb. Həftəlik “Asaval-Dasavali” qəzetinin əməkdaşı olan Z.Davitaya bildirib ki, onu Saakaşviliyə rəğbət bəsləyən “Azad zona” təşkilatının üzvləri döyüblər, səbəb də jurnalistin sabiq prezidenti məhkəməyə verməyə çağıran yazıları olub.

Z.Davitaya xəstəxanaya aparılandan sonra iqtidaryönlü “Azad nəsil” təşkilatının yüzlərlə üzvü “Azad zona” təşkilatının ofisinin qarşısına toplaşıblar. Onlar ofisə soxularaq oradakı qapı-pəncərəni, mebelləri sındırıblar, həmçinin təşkilat üzvlərini döyüblər.

VMHP-dən olan deputatlar “Azad zona”ya köməyə gəlsələr də onlar da döyülüblər. Müxalifətçi deputat Koba Xabazi ağır xəsarət alıb.

Polis davanın böyüməsinin qarşısını alsa da gənclər küçələrə axışıblar. Dava-dalaş burada da davam edib. Tərəflər bir-birinə daş, şüşə qablar, yumurta atıb, bir-birini təhqir ediblər. “Azad nəsil” Saakaşvili tərəfdarı olan gəncləri “vətənə xəyanətdə, Saakaşvilinin qanlı rejimini dəstəkləməkdə” ittiham edib.

“Azad zona” isə öz növbəsində Rusiya prezidenti Vladimir Putin əleyhinə şüarlar səsləndirib, indiki hakimiyyəti Rusiyanın əlaltısı olmaqda ittiham edib və əks düşərgədən olan həmyaşıdlarını ironiya ilə “gənc putinçilər” adlandırıb.

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze baş verən hadisəyə münasibət bildirərkən “Azad zona”nı və Saakaşvili tərəfdarlarını “Tiflisdə ikinci Maydan hadisələri yaratmaqda”, hakimiyyəti Ukraynada olduğu kimi mitinq və iğtişaşlar yolu ilə devirməyə çalışmaqda günahlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO