İraqda 4 ayrı bombalı hücum: 14 ölü

İraqda 4 ayrı bombalı hücum: 14 ölü

Hazırda oxunan: İraqda 4 ayrı bombalı hücum: 14 ölü

55095
İraqda paytaxt Bağdadın fərqli bölgələrində təşkil edilən bombalı hücumlarda 14 adam öldü, 45 adam yaralandı.

Bağdadın şərqindəki yeni Bağdada bağlı əl-Gadir bölgəsində bomba yüklü avtomobillə təşkil edilən hücumda 4 adam öldü, 12 adam yaralandı. 

Bağdadın orta seqmentindəki əl-Allevi bölgəsində bir avtoparka təşkil edilən bomba hücumu nəticəsində də 2 nəfərin həyatını itirdiyi, 6 nəfərin yaralandığı bildirilir. 

Təhlükəsizlik qurumları Bağdadın orta mərkəzində Bab əl-Muazzam bölgəsində olan terrorçular tərəfindən xalq bazarında bomba yüklü motosikletlə təşkil edilən hücumda isə 3 adamın həyatını itirdiyini, 9 adamın yaralandığını bildirir. 

Bağdadın şərqindəki əz-Zəfəraniyyə bölgəsində təşkil edilən bomba hücumunda 3 adamın öldüyünü, 11 adamın yaralandığını, Bağdadın mərkəzində əl-Kera bölgəsindəki bomba hücumundada isə 2 adamın öldüyünü, 7 adamın yaralandığını bildirirlər.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO