Fələstinli qadın İsrail casusu olan ərini tutdurdu

Fələstinli qadın İsrail casusu olan ərini tutdurdu

Hazırda oxunan: Fələstinli qadın İsrail casusu olan ərini tutdurdu

53289
Fələstinli bir qadın ərinin İsrail kəşfiyyatına işlədiyini bildikdən sonra onu Fələstin hüquq-mühafizə orqanlarına təhvil verib. 

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qadın ərinin bu əməlindən xəbər tutduqdan sonra, ərini bir müddət bu əməlindən çəkindirməyə çalışıb.

Qadın bildirib ki, “Ərimin davranışlarından son zamanlar şübhələnməyə başlamışdım bu barədə ona xəbərdarlıq etsəm də o, belə bir işlə məşğul olmadığını dedi. Bir gün onun arxa otaqda kiməsə gizli xəbər ötürdüyünü eşitdim. Ərimə etdiyi əməlin xəyanət olduğunu dedim. Ona, “əməlini etiraf etməsən səndən boşanacağam” dedim. Amma o bunu etmədi. Fələstin dirəniş hərəkatında  olan yaxınlarıma bu barədə xəbərdarlıq etdikdən sonra onlar bizə gəlib onunla söhbət etdi bundan sonra isə onun həyatında yeni bir səhifə açıldı”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO