İran xaricdən peyvənd alacaq

İran xaricdən peyvənd alacaq

Hazırda oxunan: İran xaricdən peyvənd alacaq
4743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran xarici ölkələrdən vaksin almaq niyyətindədir.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani açıqlama verib.

“Dünən  peyvənd sifariş edilməsi üçün göstəriş vermişəm”-deyən Ruhani vaksinin hansı ölkədən gətirilməsi məsələsinə toxunmayıb.

İran prezidentinin sözlərinə görə, ilk mərhələdə risk  qrupuna aid olanlar peyvənd ediləcəklər. Ruhani, yerli vaksin istehsalçılarının da dövlət dəstəyini alacağını vurğulayıb.

İran Prezidenti vəziyyətlə bağlı gərginliyi  ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının sanksiya siyasəti ilə əlaqəli olduğunu qeyd edib.

Bundan əvvəl İran Səhiyyə Naziri Səid Namaki xarici şirkətlərdən peyvənd satın almağı planlaşdırdığını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO