"Ukrayna hakimiyyəti bildirib ki, onlar Donbasın fəalları və nümayəndələri ilə danışıqlara getməyə hazırdır. Lakin terroristlərlə danışıqlara getməyəcəklər”.
Bunu Moderator.az Ukrayna Radasının mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilir ki, bununla Turçinov Putinin bəyanatına cavab verib: “Ukrayna hakimiyyəti heç zaman Cənub-Şərqdə cəza əməliyyatları aparmayıb. Güc strukturları insanların həyatlarını qoruyur və oradakı terroristlərlə, diversantlarla mübarizə aparır. Hansılar ki, orada insanları öldürür, oğurlayır”.
Sonda Turçinov bildirib ki, Ukrayna hakimiyyəti vahid Ukraynanın
inkişafı ilə bağlı konkret məsələlər barədə danışmaq istəyənlərlə danışıqlara
hazırdır.



































































































