Ukraynadakı “Sağ sektor”un (“SS”) təmsilçiləri qurumun fəalı, “Saşa belıy” ləqəbə ilə tanınan Aleksandr Muzıçkonun qətlinə görə erməni əsilli daxili işlər naziri Arsen Avakovun cavab verməli olacağını bəyan ediblər.
Moderator.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, sağçılar “öz qardaşımızın ölümünə görə Avakovdan qisas alacağıq”, - deyə bəyan ediblər. “SS”in koordinatoru Roman Koval bu xüsusda deyib: “Bu, nazirin sifarişli qətlidir, çünki Muzıçko istintaqa dəvətlə bağlı heç bir çağırış almamışdı. Onu heç yerə də çağırmayıblar”.
Muziçko bu gün səhər saatlarında qətlə yetirilib. DİN onun müqavimət göstərdiyi zaman öldürüldüyünü bəyan eləsə də, sağçılar “Saşa belıy”ın əlləri bağlı şəkildə güllələndiyini bildirirlər.





































































































