Türkiyə ordusunun bölgədəki hərəkətlərinin vahid məqsədi var. Bu, terrorla mübarizə və terrorçuların Türkiyə sərhədi yaxınlığında zona yaratmaq planlarını məhv etməkdir.
Bizim.Media Anadolu agentliyinə istinaədn xəbər verir ki, bunu çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı xatırladıb ki, bir gün əvvəl Türkiyə parlamenti prezidentin Suriya və İraqda hərbi əməliyyatlara başlamaq hüququnu 2 il müddətinə uzadıb.
Ərdoğan Suriya və İraqda antiterror əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin yalnız peşəkar birləşmələrinin iştirak etdiyini vurğulayıb.
Prezidentin sözlərinə görə, Türkiyənin düşmənləri ölkədə və regionda sabitliyi pozmaq, ölkənin imicinə xələl gətirmək cəhdlərindən əl çəkmirlər.
“AKP-nin Türkiyədə son 20 ildə hakimiyyətdə qazandığı uğur bir sıra dairələri narahat edir. Bunun üçün “beşinci kolon” da istifadə olunur”, - Türkiyə lideri bildirib.
Prezident pandemiya fonunda Türkiyənin ÜDM-nin artımına diqqət çəkib. “Türkiyə ixracatının həcmi bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Biz Türkiyənin dünya iqtisadiyyatında layiqli yerini tutması üçün əlimizdən gələni edirik”, - deyə Türkiyə lideri bildirib.
Türkiyə prezidenti Azərbaycana səfəri ilə bağlı təəssüratlarını da bölüşüb.
Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş rayonlarının bərpasına mümkün töhfə verir. Onun sözlərinə görə, təkcə Füzulidə beynəlxalq hava limanının tikintisində 12 türk şirkəti iştirak edib.
Ərdoğan Füzulidən İstanbuladək yolun açılmasına ümid etdiyini bildirib. Türkiyə lideri vurğulayıb ki, həm magistral, həm də dəmir yollarının çəkilməsi planlaşdırılır.
“Türkiyə Azərbaycana minalardan təmizləmə üçün pilotsuz maşın təhvil verib. İşlər aktiv templə davam edir. Əminəm ki, Azərbaycan tezliklə beynəlxalq aləmdə nümunə göstərilən dövlətlərdən birinə çevriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:17 / 27.10.2021
Ərdoğan: “Türkiyə Suriya və İraqdan gələn terror təhdidlərinə dözməyəcək” - VİDEO
Hazırda oxunan: Ərdoğan: “Türkiyə Suriya və İraqdan gələn terror təhdidlərinə dözməyəcək” - VİDEO
Hazırda oxunan: Ərdoğan: “Türkiyə Suriya və İraqdan gələn terror təhdidlərinə dözməyəcək” - VİDEO
0:00
0:00
43497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.