İranda məktəblər bağlandı

İranda məktəblər bağlandı

Hazırda oxunan: İranda məktəblər bağlandı

40926
Güclü qarın yağması İranın Ərdəbil, Mərkəzi, Xorasan-e Şimali, Xorasan-e Rəzəvi, Həmədan , Qum və Mazandaran əyalətlərində dərslərin təxirə salınmasına səbəb olub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.
Məlumata əsasən, Ərdəbil əyalətində -14 dərəcə şaxta var və Ərdəbil, Səreyn, Xalxal, Germi, Biləsuvar , Parsabad şəhərlərində uşaq bağçaları, məktəblər və peşə məktəbləri (İranda cümə günü istirahət günüdür) müvəqqəti bağlıdır.

Hava şəraitinin həmin əyalətlərdə həftənin sonunadək dəyişilməyəcəyi ehtimal olunur. Məktəblərdə dərslərin daha bir neçə gün təxirə salmaq nəzərdə tutulur.

Sürüşkən yollar və pis görünmə dərəcəsi Kürdistan, Mazandaran, Xorasan-e Rəzəvi, Xorasan-e Cənubi əyalətlərində avtomaqistralların bağlanmasına səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO