ABŞ-a məxsus “USS Nimitz” təyyarədaşıyan gəmisi başda olmaqla 6 hərbi gəmisi Qırmızı dənizsən Aralıq dənizi istiqamətində hərəkətə keçib.
Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına
görə, bu hərbi gəmilər Suriyaya qarşı keçiriləcək əməliyyatda ehtiyat qüvvə
missiyasını yerinə yetirəcək.
Qeyd edək ki, hazırda Aralıq dənizində ABŞ hərbi
donanmasının Suriyaya raket zərbəsi endirə biləcək 5 döyüş gəmisi var.






























































































