Çinin mərkəzi Xenan vilayətindəki daşqınlar səbəbindən həlak olanların sayı 56 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Ölənlərin bir qismi Çjençjou şəhərində su basmış avtomobil tunelində qalıb.
Fəlakət qurbanlarının sayının artacağı gözlənilir.
Qeyd edək ki, iyulun 16-dan başlayaraq yağan leysan yağışları nəticəsində Xenan vilayətinin 7,58 milyon əhalisi zərər çəkib. Onlardan 585 mini təxliyə olunub.
Daşqınların vurduğu maddi zərər 2.15 milyard dollar həcmində qiymətləndirilir.
Bizim.Media