Rusiya Xarici İşlər Nazirliyi Qərbə səsləndi: “Qara dənizə burnunuzu soxmayın” 

Rusiya Xarici İşlər Nazirliyi Qərbə səsləndi: “Qara dənizə burnunuzu soxmayın” 

Hazırda oxunan: Rusiya Xarici İşlər Nazirliyi Qərbə səsləndi: “Qara dənizə burnunuzu soxmayın” 

27607

Böyük Britaniya və onun müttəfiqləri Rusiya sərhədlərini pozaraq Qara dənizə girməməlidirlər. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov səsləndirib. 

Diplomat Britaniyanın “Defender” təyyarə daşıyan gəmisi ilə bağlı yaşanan olaydan danışarkən deyib ki, London və Vaşinqton belə münaqişəli vəziyyətlərdə Kiyevi “qabağa itələyir”. 

O, Britaniya gəmisindəki hadisəni təxribat adlandırıb: 

“Təxribatçılarla mümkün qədər açıq danışmaq lazımdır. Onlara barmaq silkələyib demək istəyirik ki, növbəti dəfə belə təxribatlarını kənara qoysunlar və bu əraziyə burunlarını soxmasınlar. Moskva avantürlara qarşı cavab verməyə hazırdır. Qoy Qara dənizi rahat buraxsınlar”. 

Xatırladaq ki, iyunun 23-də Britaniyanın “Defender” gəmisi Krım sahillərində Rusiya sərhədini pozaraq üç kilometr irəliləyib. 

Rusiya sərhəd gəmisi xəbərdarlıq atəşi edib, Su-24M təyyarəsi isə gəminin hərəkət kursunu bombalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO