Əfqanıstanda “Taliban” terror təşkilatının silahlıları hərbi posta hücum edib.xa0
1TV telekanalının yaydığı məlumata görə, bununla bağlı Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Kais Manqal açıqlama verib.
Onun sözlərinə görə, hücum zamanı 10 hərbçi ölüb, 13-ü yaralanıb.xa0
Bildirilib ki, Hilmend bölgəsindəki hücumdan sonra baş verən silahlı toqquşma nəticəsində terrorçular ağır itki verərək, geri çəkilib.xa0


































































































