Türkmənistanda spirtli içkilər satışdan çıxarılır

Türkmənistanda spirtli içkilər satışdan çıxarılır

Hazırda oxunan: Türkmənistanda spirtli içkilər satışdan çıxarılır

260628
Türkmənistanın paytaxtı Aşqabadda yerləşən mağazalarda fevralın 26-da spirtli içkilərin müsadirə edilməsinə dair reyd keçirilib.

Məlumata görə, gün ərzində şəhərin bütün şəxsi mağazalarında, o cümlədən bazarlarda reyd keçirilib və alkoqollu içkilər müszadirə edilib.

Bildirilir ki, yoxlamalar yeni “Alkoqolun zərərli təsirinə dair profilaktika” qanununun tələbləri ilə bağlıdır. Qanun 2018-ci ilin dekabr ayında qəbul edilib və cari ilin əvvəllərində qüvvəyə minib.xa0

Qeyd edək ki, Türkmənistanda hər ilin aprelində demək olar ki, bütün ölkə əhalisi kütləvi idman tədbirlərində iştirak edir, alkoqollu içkilərin və siqaretin satışı isə dayandırılır.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO