“Tək istəyim onun sağ dönməsi idi”  - Salanın sevgilisi+Fotolar

“Tək istəyim onun sağ dönməsi idi” - Salanın sevgilisi+Fotolar

Hazırda oxunan: “Tək istəyim onun sağ dönməsi idi” - Salanın sevgilisi+Fotolar

258736
Frasanın “Nant” klubunda İngiltərə Premyer Liqa təmsilçisi “Kardiff Siti”yə transfer olan Emiliano Sala La-Manş boğazında təyyarə qəzasına uğrayaraq, vəfat etmişdi.
29 yaşlı hücumçunun sevgilisi ortaya çıxıb. “Globo Esporte” nəşrinə açıqlama verən 31 yaşlı braziliyalı voleybolçu Luiza Unqerer Salayla sevgili olduğunu deyib. O, Fransanın “Nant” klubunun voleybol komandasında çıxış edərkən Emiliano ilə tanış olduğunu deyib:

xa0
“2017-ci ilin sentyabrından sevgili idik. Mən onu əbədi sevəcəm. O, “Kardiff Siti” ilə müqavilə imzalayanda yer kürəsinin ən xoşbəxti idi. Onun xoşbəxt olması məni də sevindirmişdi. Premyer Liqanın rəqabətli çempionat olduğunu və oranı hər zaman arzu etdiyini dedi. Təyyarə qəzaya uğrayan gün mənə mesaj yazmışdı. Tək istəyim onun sağ geri dönməsi idi”.
xa0
8 ildir ki, Fransada çıxış edən voleybolçu Salanın yaxşı insan olduğunu bildirib:
xa0
“Nant şəhərində küçəyə çıxanda hər kəs onu tanıyırdı. Hamı onunla şəkil çəkdirmək istəyirdi. O, çox sadə oğlan idi. Təmiz qəlbli idi, çirkin niyyətləri olmayıb. Olduqca saf şəxs idi. Qəza xəbərini eşidəndə ümidlərim var idi. Çünki həmin saatlarda ümidli olmalısınız. Bu anlar çox acı oldu. Necə bir insan olduğunu unutmayacam və səni sonsuza qədər sevəcəm! Mən mümkün olduğum qədər sevincli olmağa çalışacam, çünki o, həmişə bunu istəyib”.(Qafqazinfo)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO