Türkiyənin milli müdafiə naziri Hülusi Akar ABŞ-ın Suriya üzrəxa0xüsusi təmsilçisi Ceyms Cefri ilə görüşüb.xa0xa0
Türkiyə Milli Müdafiə Nazirliyixa0xəbər verir ki, tərəflərxa0Suriyadakı vəziyyətə dair müzakirələr aparıblar.
Nazir xüsusiləxa0Fərat çayının şərqində, İdlib və Münbiçdəki son hadisələrə toxunub, ABŞ-dan PKK-nın Suriyadakı qoluxa0YPG ilə əlaqələrini kəsməsini, ölkənin şimal sərhədi yaxınlığında müşahidə nöqtələri yaratmaq planından əl çəkməsini gözlədiklərini bildirib.xa0
H.Akar Türkiyəxa0sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcəklərini amerikalı diplomatın diqqətinə çatdırıb. (Report)






































































































