Bəy toy gecəsi öldü...

Bəy toy gecəsi öldü...

Hazırda oxunan: Bəy toy gecəsi öldü...

239031
Böyük Britaniya sakini toyundan iki saat sonra ölüb.xa0 Bununla bağlı “Daily Mail” məlumat yayıb.xa0

Denni Emsli və sevgilisi Kler avqustun 17-də evləniblər. Toy Ueterbi şəhərindəki hotellərdən birində baş tutub. Mərasimdə cütlüyün yaxınları və dostları iştirak edib.xa0

Denni 23:30-da toy gecəsi üçün hotel otağına qalxıb, Kler isə mərasimdə iştirakını davam etdirib. Bir saat sonra bəyin yanına gedib, bu zaman o sağ olub, daha sonra gəlin yenidən qonaqların yanına qayıdıb. Mərasimin sonunda otağa girən qadın bəyin cəsədini aşkar edib. Hadisə yerinə gələn xilasedicilər Denninin həyatını qurtara bilməyiblər.xa0

Ölən şəxsin 37 yaşı olub. Dostları onun sağlam olduğunu bildirib. 35 yaşlı gəlin sosial şəbəkədə sevdiyi şəxs olmadan necə yaşayacağını təsəvvür etmədiyini yazıb.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO