Putin Ərdoğana nahar vədini 
 XATIRLATDI

Putin Ərdoğana nahar vədini XATIRLATDI

Hazırda oxunan: Putin Ərdoğana nahar vədini XATIRLATDI

234389

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana onun restoranda nahar etmək vədini xatırladıb. Bu barədə Putin BRİKS ölkələrinin zirvə görüşü çərçivəsində Ərdoğanın “digər tərəflərin” Moskva ilə Ankara arasında münasibətləri qısqanması haqqında verdiyi bəyanatdan sonra bildirib.xa0Ərdoğan dəvətini bir daha təsdiq edib, lakin Putin onun qarşısına şərt qoyub. “Biz danışdıq ki, siz Rusiya istehsalı olan ət məhsullarını bazara buraxacaqsınız və o zaman nahar edəcəyik”- deyə Putin zarafat edib. Ərdoğan isə qeyd edib ki, Putini böyük məmnuniyyətlə gözləyəcək.

Rusiya ət məhsullarının Türkiyə bazarına ixracatı 2016-cı ildə qadağan edilib. Bu, Türkiyə tərəfinin Moskvanın Ankaraya qarşı tətbiq etdiyi kənd təsərrüfatı məhsullarının idxalına qadağasından sonra cavab reaksiyası olub.(Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO