Zurabişvili polislərin QARŞISINDA: “Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz?” - VİDEO

Zurabişvili polislərin QARŞISINDA: “Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz?” - VİDEO

Hazırda oxunan: Zurabişvili polislərin QARŞISINDA: “Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz?” - VİDEO
222890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyaya qoşulub.

Bizim.Media xəbər verir ki, Zurabişvili etirazçılarla xüsusi təyinatlıların arasında dayanıb və sonuncularla danışıqlara başlayıb.

“Siz Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz? Kimə xidmət üçün and içmisiniz? Mənə cavab maraqlıdır. Prezidentə cavab vermirsiniz? Gələcək haqqında düşünmürsünüz? Ölkənin gələcəyi, uşaqların gələcəyi sizə maraqlı deyil?!” - ölkə başçısı bildirib.

Qeyd edək ki, aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Xatırladaq ki, etirazlar Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO