Kim Çen İnin arvadı Çen Ina Li Sol Çju əvvəllər çirlider olub ( çirlider- idman növü, gimnastikada, rəqsdə, akrobatikada mürəkkəb elementləri yerinə yetirən komanda üzvü).
Bu il Şimali Koreyanın tarixinə düşəcək. 22 idmançı Pxençxana qış Olimpiadasına yollanıb. Onları dəstəkləmək üçün şəbəkələrdə “ Gözəllər ordusu” adlananxa0 çirliderlər komandası Olimpiadaya gəldi. Əlamətdar olan odur ki, dəstəkçi qrupun bütün iştirakçıları ciddi seçimdən keçirlər: onlar gözəllik standartlarına uyğun gəlməli və hörmətli ailədən olmalıdırlar. Və hətta diktator Kim Çen Inın arvadı da –çirliderdən çıxmadır.

Kim Çen In idmanı çox sevir. O futbolla, basketbolla və xizək sürmə ilə çox maraqlanır. Məhz buna görə də onun rəhbərliyi altında bütün infrastruktrlar inkişaf edib və təbii ki, çirliderlərin hazırlığı da aparılıb. Bu seçilmiş gözəllər necə sinxron şəkildə rəqs edir və oxuyurlarsa , bütün dünyanı heyran qoyurlar. Dünyanın müxtəlif ölkələrinin sakinləri onların çıxışına baxmağı arzu edirlər.
Kim Çen Inlaxa0 arvadı Li Sol Çjununxa0 tanışlığının tarixi ciddi-cəhdlə gizlədilir. 2012-ci ildə elan olundu ki, Kim bir dövlət tədbirinə arvadı ilə gələcək. Bundan başqa qadın haqqında əlavə informasiya verilmir.xa0

Cənubi Koreya kəşfiyyatının məlumatına görə toy 2009-cu ildə olub. Informasiya o qədər kasad olub ki, onu bir müddət hətta bacısı kimi biliblər. Amma, həqiqət lap yaxında məlum olub. Kimin xanımı çirliderlər komandasında olub. Bu komandaya düşən qızlar , demək olar ki, yaxşı həyata göndəriş almış olurlar. Onlara sadə adamların heç vaxt bilmədikləri çox rifah qismət olur.
Li haqqında alınan məlumatlardan bilinir ki, onun 25-29 yaşı var,xa0 universiteti uğurla bitirib və namizədlik dissertasiyasını müdafiə edib. Onun atası professordur.xa0

Mümkündür ki, Li Sol Çju onun ləqəbi olsun. Bəzən Şimali Koreyanın birinci ledisi aylarla KİV-in nəzərindən itir. Birdən də gah dəfn mərasimlərində, gah da əyləncə parklarında görünür. Çox güman ki, diktatorla nikahından onun iki, ya üç uşağı var.




































































































