İran dronu havada Ukrayna ordusu tərəfindən belə vuruldu - VİDEO

İran dronu havada Ukrayna ordusu tərəfindən belə vuruldu - VİDEO

Hazırda oxunan: İran dronu havada Ukrayna ordusu tərəfindən belə vuruldu - VİDEO

208646

İran istehsalı olan “Şahid-136/131” dronu Ukraynanın Mi-8 helikopterində olan hərbçi tərəfindən havada pulemyotla zərərsizləşdirilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Xarırladaq ki, Ukrayna son iki gündə 100-dən çox İran dronunu vurub.

Belə ki, ötən gecə Ukrayna ərazisinin növbəti kütləvi atəşə tutulması zamanı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 81 ədəd “Şahid-136/131” dronundan 60-nı məhv edib.

Məlumata görə, dünən Ukrayna Hərbi Hava Qüvvələri Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən kütləvi hava hücumuna məruz qaldığını bildirib. 

Belə ki, 109 “Şahid-136/131” pilotsuz uçuş aparatından 99-u, eləcə də müxtəlif təyinatlı 102 raket məhv edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO