İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO

Hazırda oxunan: İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO

184576

İranın Gilan əyalətində 11 qadın fəal ümumilikdə 60 il həbs cəzasına məhkum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” “Telegram” kanalı yayıb.

Qadın fəalların vəkili Mustafa Nili İranın “Şərq” qəzetinə bununla bağlı müsahibə verib.

“Furuğ Simaniya, Cilvə Xahəri, Zöhrə və Zəhra Dadrəs, Humən Tahiri, Sara Cahani, Mətin Yəzdani, Yasəmin Həşdəri, Şiva Şahsiyah, Negin Rezayi və Azadə Çavuşiana bir ildən 9 ilədək həbs cəzası verilib”, - deyə o bildirib.
Qeyd olunub ki, onlar “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”, “qanunsuz qrup yaratmaq və üzv olmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham ediliblər.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO