Moskvada baş verən hadisədə itkinlərlə bağlı 143 müraciət olub

Hazırda oxunan: Moskvada baş verən hadisədə itkinlərlə bağlı 143 müraciət olub

184446

“Crocus City Hall”da törədilən terror aktından sonra Rusiya İstintaq Komitəsinə terror aktı nəticəsində qohumların və ya yaxınların itkin düşməsinə dair 143 məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, ölənlərdən 84 nəfərin kimliyi müəyyənləşdirilib, onların arasında beşi 9-16 yaş arası uşaqlardır.

Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb. 
Terror aktı zamanı 140 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO