Ukrayna Yaponiya və Kanadadan yardım istəyir

Ukrayna Yaponiya və Kanadadan yardım istəyir

Hazırda oxunan: Ukrayna Yaponiya və Kanadadan yardım istəyir

181968

ABŞ Konqresi Kiyevə yardımı təsdiq etmədiyi halda, Ukrayna əlavə maliyyə dəstəyi almaq üçün Yaponiya və Kanada ilə danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times”a Ali Radanın Büdcə Komitəsinin sədri Roksolana Pidlasa bildirib.

Nəşrin yazdığına görə, Kiyev illik 87 milyard dollarlıq büdcəsinin demək olar ki, yarısını müdafiə xərclərinə ayırıb, daxili gəlirləri isə cəmi 46 milyard dollar təşkil edir.
Gözlənilən səfərbərlik dalğası ilə əlaqədar kəsirin daha da artacağı proqnozlaşdırılır, çünki çağırışçıların maaşları, təlimləri və avadanlıqları üçün xərclər tələb olunacaq.

“Hökumət digər G7 ölkələri, xüsusən də Yaponiya və Kanada ilə əlavə büdcə dəstəyi ilə bağlı danışıqlar aparır. Biz həmçinin qeyri-hərbi xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını və vergi artımını nəzərdən keçiririk”, - Pidlasa bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO