Sentyabrın 11-dək ABŞ qoşunları Əfqanıstandan çıxacaq - Bayden açıqladı

Sentyabrın 11-dək ABŞ qoşunları Əfqanıstandan çıxacaq - Bayden açıqladı

Hazırda oxunan: Sentyabrın 11-dək ABŞ qoşunları Əfqanıstandan çıxacaq - Bayden açıqladı

17782

ABŞ Prezidenti Cozef Bayden əkiz qüllələrə edilən hücumun 20-ci ildönümü - sentyabrın 1-dək Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.

Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək ranqlı nümayəndəsi Əfqanıstandakı vəziyyətə həsr olunan xüsusi brifinqin gedişində bildirib.

“Biz mayın 1-dən heç bir şərt irəli sürmədən Əfqanıstandan qoşunların nizamlı çıxarılması prosesinə başlayırıq və sentyabrın 11-dək ölkədəki bütün amerikalı hərbçiləri çıxarmağı planlaşdırırıq”, - deyə o bildirib.

Amerika icra hakimiyyətinin nümayəndəsi, həmçinin qeyd edib ki, Vaşinqton “Taliban” hərəkatını amerikalı hərbçilərə hücumdan çəkinməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO