Rusiyada neftayırma zavodunda yanğın söndürüldü - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Rusiyada neftayırma zavodunda yanğın söndürüldü - YENİLƏNİB/VİDEO

175009

Tuapsedəki neft bazasında baş verən yanğın söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Krasnodar diyarının operativ qərargahı teleqram kanalında bildirib.

“Saat 04.53-də Tuapsedəki neft emalı zavodunda baş verən yanğın tamamilə söndürülüb”, - əməliyyat qərargahından deyilib.

Yanğının söndürülməsində 99 nəfər və 31 texnika iştirak edib.

Tuapse rayonunun rəhbəri Sergey Boyko bildirib ki, neft emalı zavodunun ərazisində vakuum qurğusu yanıb. Yanğının səbəbi dəqiqləşdirilməyib.
“İnterfaks”ın məlumatına görə, yanğının sahəsi təxminən 200 kvadratmetr olub. Yerli nəşr 93.ru yazıb ki, yanğından əvvəl hadisə şahidləri partlayış səsi eşidiblər. 

“Mən sizdən rəsmi məlumat mənbələrinə etibar etməyinizi və xoşagəlməz nəticələrin qarşısını almaq üçün hadisə yerindən videolar yerləşdirməməyinizi xahiş edirəm”, - Boyko xahiş edib.

Yanğının mümkün səbəbləri barədə məlumat verilmir. Rusiya Müdafiə Nazirliyi Tuapseyə pilotsuz təyyarə hücumu barədə məlumat verməyib.

​*** 01:55

Tuapsedəki neft bazasının ərazisində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb.

"Hazırda yanğın söndürülür. İlkin məlumata görə, tələfat və xəsarət alan yoxdur. Hadisənin bütün hallarını aydınlaşdırmaq üçün operativ və xüsusi xidmət orqanları yerində işləyir. Həmçinin Tuapse rayonunun rəhbəri Sergey Boyko bələdiyyə xidmətləri ilə qarşılıqlı əlaqəni koordinasiya etmək üçün yerində işləyir”, - deyə operativ qərargahdan bildirilib.

* * * 01:30

Rusiyanın Tuapse şəhərində neft emalı zavodunda yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.

Yanğının səbəbinin raket düşməso ehtimal edilir.

Rəsmi qurumlardan hələ ki, məlumat yoxdur.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO