ABŞ prezidentinin 15 əsas imtiyazı  - MARAQLI...

ABŞ prezidentinin 15 əsas imtiyazı - MARAQLI...

Hazırda oxunan: ABŞ prezidentinin 15 əsas imtiyazı - MARAQLI...

158765

İlk baxışdan sanki xa0qeyri-adi heç nə yoxdur, bəlkə də ABŞ prezidenti bir çox ölkələrin dövlət başçıları ilə müqayisədə xa0sadə həyat tərzi keçirir. Burda qeyri-adi olan bilirsiniz nədir? Prezident nə edirsə qanunla edir, xərcləri qəpiyinə qədər hesablanır və bunu bütün ABŞ vətəndaşları, bütün dünya bilir, bu xərcləri Konqres təsdiq edir. İstənilən əlavə xərc şəxsi hesabdan ödənir. Amerika Birləşmiş Ştatları məhz bu qanunlara və ona əməl edildiyinə görə dünyanın ən böyük dövlətidir.



1. Şəxsi təyyarə
Фото:

Ali Baş Komandan xüsusi Boeing 747-200B təyyarəsilə yüksək təhlükəsizlik və komfort şəraitində uçur. Təyyarənin bortunda daim əlaqə üçün xa0komanda məntəqəsi var. Təyyarəyə havada yanacaq doldurmaq olur.
Təyyarədə yüzlərlə insanı yedirmək üçün yemək var. Təyyarənin xa0bir saatlıq funksiyasını yerinə yetirməyin və xidmətinin xa0dəyəri 200.000 dollardır.


2. Super təhlükəsiz helikopter - Marine One

Фото:

Bu, xa0yüksək səviyyədə xüsusi hazırlanmış helikopterdir, xa0hər yerdə prezidentin arxasınca hərəkət edir. Onun missiyası dövlət başçısını xa0gözlənilməz situasiyalarda qorumaqdır. İndiyədək 4 pilota bu helikopteri xa0idarə etmək nəsib olub. Bu helikopterin bir motoru sıradan çıxsa belə uça bilir.


3. “Ecazkar”x9d

Фото:

“Ecazkar”x9d prezidentin mindiyi, xa0gəzdiyi limuzinin ləqəbidir. Limuzin gülləkeçirməz, bomba partlayışına davamlıdır. 2017 ”“ci ildə yeni”x9dEcazkar”x9dlar istehsal olunacaq ki, onların hər biri büdcəyə 1-1,5 milyon dollara başa gələcək.

4. Ağ Evdə yaşamaq

Фото:

Bu evdə həmişə rahatlıq var. 224 yaşlı bu ev ən təhlükəsiz, ən yaxşı ev sayılır.

5. Vəzifədən getdikdən sonra biznes və səyahət xərclərinin ödənməsi

Фото:

Qanuna əsasən Ümumi təyinatlı xidmət idarəsi keçmiş prezidentlərin işgüzar xərclərini və səyahət xərclərini ödəməlidir.

6. Yaxşı təqaüd

Фото:

Bütün keçmiş ABŞ prezidentləri ömürlük təqaüd alırlar. İllik 200.000 dollardan çox.

7. Şəhər ətrafında ev

Фото:

Franklin Ruzveltdən başlayaraq , hər bir ABŞ prezidentinin Kemp-Devidə - prezidentin rəsmi şəhərətrafı evində istirahət edə bilər.Bir neçə on il əvvəl tikilməsinə baxmayaraq çox müasirdir. Prezidentin bu evdə keçirdiyi hər gün büdcəyə 711.000 dollara başa gəlir.

8. Xidmət personalı hər zaman yanındadır və kömək etməyə hazırdır.

Фото:

Ağ Evdə xa0100 nəfərə yaxın daimi xidmət personalı yaşayır.

9. Ən yaxşı mühafizə

Фото:

Məxvi xidmət öz canları bahasına olsa belə prezidenti və ailəsini həmişə qoruyur. Bütün keçmiş prezidentlər ömürlük mühafizə olunurlar.

10. Fərdi məşqçi

Фото:

Ağ Evdə həm də fitnes-məşqçi işləyir və günün istənilən vaxtı prezidentə hansı çalışmanı necə yerinə yetirməyi söyləyə bilər.

11. Dadlı yemək

Фото:

Prezident üçün ölkənin ən yaxşı şef-aşbazları yemək hazırlayır. Aşbazın illik əmək haqqı 100.000 dollardır. Yalnız kiçik Buşun və Obamanın prezidentliyində bu vəzifəni qadın yerinə yetirib.

12. Xüsusi kinoteatr

Фото:

Ağ Evdə 42 yerlik kinoteatr var.Ruzveltin dövründə yaradılıb.

13. Təzə tərəvəz ilboyu

Фото:

2009-cu ildə Mişel Obama Ağ Evin ərazisində balaca bağ saldı və zaman keçdikcə böyüyən bağdan meyvə-tərəvəz prezident menyüsünə daxil edildi. Mişel bu bağa əvvəlcə 200 dollar xərcləsə də, bu ideyanın tərəfdarları artıq 2,5 milyon dollar xərcləyiblər.

14. Fantastik qonaq evi

Фото:

Başqa ölkələrin prezidentləri və onların nümayəndə heyəti üçün120 otaqlı, günboyu 18 nəfər xidmət personalı.

15. Dövlət dəfni

Фото:

Bütün prezidentlərin dəfni təntənəli şəkildə dövlət tərəfindən xüsusi mərasimlə həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO