Rusiyanın ilk Ay missiyası iflasa uğradı

Rusiyanın ilk Ay missiyası iflasa uğradı

Hazırda oxunan: Rusiyanın ilk Ay missiyası iflasa uğradı
151559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünə enməyi gözlənsə də, bu, baş verməyib.

Bizim.Media xəbər verir ki, “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb.

“Bu gün “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib”, - korporasiyanın açıqlamasında qeyd olunub.
Təfərrüatlar barədə məlumat verilmir, həmçinin bunun missiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyi də aydın deyil.

Qeyd edək ki, bu, Rusiyanın bir neçə ölkənin iştirak etdiyi “Ay yarışı”ndakı ilk missiyası idi, lakin, görünür, elə başlanğıcda uğursuzluqla başa çatıb.

Missiyanın məqsədi Aya uçmaq, yumşaq eniş etmək və sonra orada bir il çalışmaq idi. Bundan əlavə, stansiya bir sıra elmi təcrübələr aparmalı, xüsusən də suyun mövcudluğunu müəyyən etməli idi. Bununla belə, əsas vəzifə gələcəkdə digər stansiyaların enişinə hazırlaşmaq idi.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO