Rusiya 2017-ci ildə vahid dövlət kimi mövcudluğunu dayandıracaq.
xa0
Bu proqnozla Ukraynanın millətçi “Azadlıq”x9d Partiyasının lideri Oleq Tyaqnibok Kiyevin Podolsk rayon məhkəməsinin yanında keçirilən mitinqdə çıxış edib.
xa0
“Biz hesab edirik ki, 2017-ci il Kreml üçün son olacaq. Bunu yalnız biz demirik, həm də bir çox politoloq və analitik vəziyyəti düzgün qiymətləndirirlər. Rusiya bir neçə milli dövlətə parçalanacaq və Ukrayna bu prosesi stimullaşdırmağa məcburdur”x9d, - Tyaqnibok bildirib.
xa0
O, əlavə edib ki, Rusiyanın dağılacağı halda Kiyev itirilmiş əraziləri özünə dərhal qaytaracaq. “Biz həmçinin Sovet İttifaqının dağılmasından sonra Ukraynanın almadığı payı tələb edəcəyik. Məsələn, qızıl-valyuta ehtiyatları, almaz fondu, xarici nümayəndəliklər”x9d, - Ukrayna millətçilərinin lideri vurğulayıb.
xa0
Daha əvvəl isə Ukrayna prezidenti Pyotr Poroşenko Luqansk və Donetsk “xalq respublikaları”x9dnın ərazisinə, həmçinin Krıma dövlət bayrağının qayıdışını mürəkkəb məsələ adlandırıb.(Publika.azxa0)





























































































