
- A-
- A
- A+
Dünya
13:32 / 31.08.2016
1 dəq oxunma
İslam Kərimovu baş nazir əvəz etdi...
Hazırda oxunan: İslam Kərimovu baş nazir əvəz etdi...
149748
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Özbəkistanın Baş naziri Şövkət Mirziyayev bu gün Özbəkistanın Müstəqillik Günü münasibətilə Müstəqillik və humanizm abidəsinin önünə gül dəstəsi qoyub.
xa0
Moderator.az Sputnik-ə istinadən xəbər verir ki, sözügedən mərasimdə baş nazir, eləcə də parlamentin hər iki palatasının spikerləri iştirak edib.
xa0
Hər zaman bu rəsmi mərasimi Prezident İslam Kərimovun icra etdiyini vurğulayan media isə hadisəni baş nazirin prezidenti əvəz etməsi kimi təqdim edib.
xa0
Xatırladaq ki, avqustun 27-də beyin insultu ilə xəstəxanaya yerləşdirilən İslam Kərimovun avqustun 29-da öldüyü barədə xəbər yayılıb. “İsvestiya”x9d nəşri ölüm xəbərini yayan mənbənin prezidentin qızı Lola Kərimova ola biləcəyi ehtimalını irəli sürüb.
xa0
Bu arada isə Özbəkistan dövlət başçısının mətbuat xidməti müxtəlif dövlət və hökumət başçılarının Prezident İslam Kərimovu Müstəqillik Gününun 25-ci ildönümü münasibətilə təbrik etdiyini açıqlayıb. İ.Kərimovu təbrik edənlər arasında ABŞ, Çin, Almaniya, Polşa, MDB ölkələri, o cümlədən, beynəlxalq təşkilatların məktubları yer alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































