Gürcüstan ermənilərin nüvə biznesinə müharibə elan etdi...

Gürcüstan ermənilərin nüvə biznesinə müharibə elan etdi...

Hazırda oxunan: Gürcüstan ermənilərin nüvə biznesinə müharibə elan etdi...

139026
Radioaktiv və nüvə maddələrinin qanunsuz satışı ilə səmərəli mübarizə üçün bütün dövlət qurumlarının koordinasiyalı fəaliyyəti lazımdır. 

Moderator.az “Qruziya Online”x9da istinadən xəbər verir ki, bu gün Dünya kimya, biologiya, radiasiya və nüvə elmi və nəticələrin idarəsi üzrə konqresdə çıxışı zamanı Gürcüstan DİN rəhbəri Georgi Mqebrişvili bəyan edib.   

DİN rəhbəri qeyd edib ki, Gürcüstanın tranzit yerləşməsi Radioaktiv və nüvə maddələrinin qanunsuz satışının təhdidi ilə əlaqədardır.

Mqebrişvili Gürcüstan hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən dəfələrlə nüvə maddələrinin qaçaqmalçılığı faktlarının üzə çıxarılmasını qeyd edib.

“Gürcüstanın Daxli İşlər Nazirliyi bu nöqteyi-nəzərdən dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvəsini əsirgəmir. Amma qanunsuz ticarət təhdidini aradan qaldırmaq üçün DİN-dən başqa bütün dövlət qurumlarının koordinasiyalı fəaliyyəti lazımdır”x9d, - nazir bildirib.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Gürcüstanda 2015-ci ilin avqust ayından nüvə materiallarının qanunsuz dövriyyəsinin 4 faktı üzə çıxarılıb və qarşısı alınıb, ümumilikdə 19 nəfər saxlanılıb. Saxlanılan şəxslərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO