Ərdoğanı gəzdirəcək olan vertolyot belə qəzaya uğradı...

Ərdoğanı gəzdirəcək olan vertolyot belə qəzaya uğradı...

Hazırda oxunan: Ərdoğanı gəzdirəcək olan vertolyot belə qəzaya uğradı...

137578
Türkiyənin Artvin vilayətində bir su anbarının tikinti sahəsində qurulan vertolyot meydançasına enmək istəyən vertolyot qəzaya uğrayıb.xa0

Artvinin Yusufeli rayonunda tikilməkdə olan bir anbarın vertolyot meydanın enmək istəyən vertolyot yanı üstə çevrilib.xa0

Qəzaya uğrayan vertolyotun içində Türkiyənin su idarəsinin baş direktoru Əli Rza Diniz və idarənin Artvin rayon idarəsinin rəhbəri Dinçər Aldoğanın olduğu bildirilir. Qəza zamanı vertolyotda olan üç nəfər yaralanıb.xa0

Əldə olunan məlumata görə, hadisə prezident Rəcəb Tayyib Ərdoğanın sabah havadan gəzintisinin planlaşdırıldığı Yusufeli su anbarında son tamamlanma işləri ilə tanış olmaq və yoxlama aparmaq istəyərkən baş verib.xa0

Diniz və Aldoğanı daşıyan vertolyot anbarda qurulan vertolyot meydançasına enərkən sərt eniş etdiyi üçün yanı üstə çevrilib. (Avropa.info)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO