Konçita prezidentliyə namizəd oldu...

Konçita prezidentliyə namizəd oldu...

Hazırda oxunan: Konçita prezidentliyə namizəd oldu...

136430
Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu "Eurovision" mahnı müsabiqəsi qalibi Konçita ölkəsində keçiriləcək prezidentliyə namizədliyini rəsmən irəli sürüb.

Transseksual müğənni Konçita Vurst Avstriyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdükdən sonra sosial şəbəkədən xalqa müraciət edib. Konçita 2004-cü ildən Avstriyada prezident olan Haynz Fişerin postuna laiqli namizəd olduğunu qeyd edib.

2014-cü ildə "Rise Like a Phoenix" ( Simurq quşu kimi yüksəl) mahnısı ilə "Eurovision" mahnı müsabiqəsində 290 balla birinci olmuşdu.

"Saqqallı xanım" kimi tanınan müğənni Konçita Vurst əslində kimdir? Çoxlarının dünyanın sonu əlaməti kimi qəbul etdiyi Konçita (Conchita Wurst) bundan əvvəl kişi musiqi qrupunun lideri Tom Noyvirt (Tom Neuwirth) kimi tanınıb. Sonralar isə özünə Konçita Vurst səhnə adı götürüb.

Tom Noyvirt 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. Hazırda Vyanada yaşayan 26 yaşlı Konçita, yəni Tom uşaq yaşlarından "Eurovision"un fanatı olduğunu deyir.

2006-cı ildə pop ifaçıların yarışlarına qatılıb və ikinci yeri tutub. 2007-ci ildə pop-rok "Jetzt anders" kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. 2011-ci ildə Moda məktəbini bitirib.(Ölkə.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO