Göyərtəsində 1060 nəfərin olduğu batırılmış gəminin qalıqları tapıldı

Göyərtəsində 1060 nəfərin olduğu batırılmış gəminin qalıqları tapıldı

Hazırda oxunan: Göyərtəsində 1060 nəfərin olduğu batırılmış gəminin qalıqları tapıldı

132191

İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın "Montevideo Maru" gəmisi tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze tvitter hesabında məlumat verib. 

Onun sözlərinə görə, gəminin göyərtəsində mindən çox əsirin qalıqları da aşkar edilib: 

"Nəhayət, Montevideo Marudan olan itirilmiş ruhların dəfn olunduğu yer tapıldı. Təyyarədəki 1060 məhbus arasında 850 avstraliyalı əsgər də var idi - onların həyatı yarımçıq qaldı", - E.Albaneze paylaşımında qeyd edib. 

Qeyd edək ki, Yaponiyanın "SS Montevideo Maru" nəqliyyat gəmisi 1 iyul 1942-ci ildə Filippin sahillərində təxminən 979 avstraliyalı əsgər və mülki şəxslə birlikdə batıb.

Gəmi Rabaulda əsir götürülmüş hərbi əsirləri və mülki insanları daşıdığını bilməyən Amerika sualtı qayığı tərəfindən torpedalanıb. 

Nəticədə ümumilikdə, 14 ölkədən 850 hərbçi və 210 mülki şəxs olmaqla, 1060-a yaxın əsir itkin düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO