Dağıstanda partlayış törətmiş İŞİD-çilərdən biri azərbaycanlıdır

Dağıstanda partlayış törətmiş İŞİD-çilərdən biri azərbaycanlıdır

Hazırda oxunan: Dağıstanda partlayış törətmiş İŞİD-çilərdən biri azərbaycanlıdır

129407
Dağıstanın Tabasaran rayonunda partlayıcı işə salaraq bir polis əməkdaşının ölümünə səbəb olan terrorçulardan biri azərbaycanlı olub.

Moderator.az  Rusiya KİV-ə istinadən xəbər verir ki, terrorçuların iki nəfərdən ibarət olduğu müəyyənləşib. Onlardan biri Azərbaycan vətəndaşı Elçin Hacıyev olub. Həmin şəxslər haqqında daha dəqiq informasiya DNT analizindən sonra müəyyənləşəcək.

Xatırladaq ki, martın 30-da Dağıstanın Tabasaran rayonunda hüquq-mühafizə orqanı əməkdaşları Dərbənd istiqamətində hərəkət edən şübhəli minik avtomobilini saxlamağa çalışıblar. Bu zaman avtomobildəki şəxslərdən biri partlayıcı qurğunu işə salıb, nəticədə bir polis ölüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO