Yaponiyada xizək yarışlarında partlayış baş verib.
Bu barədə Moderator.az “TASS”x9d-a istinadən xəbər verir.
Yaponiyanın Sapporo şəhərində xizək yarışlarında baş verən partlayış nəticəsində heç kim xəsarət almayıb. Bu barədə Yaponiyanın “Kyodo”x9d informasiya agentliyi məlumat yayıb.
Məlumat verilir ki, yerli hüquq-mühafizə orqanları əlində polad boru tutan bir kişini saxlayıblar, hal-hazırda onu sorğu-sual edirlər. Agentliyin məlumatına görə, partlayış tədbir iştirakçılarını və tamaşaçılarını şahzadə Akiko ”“ 2012-ci ildə vəfat edən şahzadə Tomohitonun böyük qızı, salamladıqdan dərhal sonra baş verib.
Partlayışın dəqiq yeri və onun səbəbləri barədə hal-hazırda heç bir informasiya daxil olmayıb.
Ramil Həsənli































































































