MHP liderliyinə iddialı, əslən azərbaycanlı olan Sinan Oğan Dövlət Baxçalıya, Rəcəb Tayib Ərdoğan və Əhməd Davudoğluna səsləndi.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinan Oğan bu gün Əskişehr ziyarətində MHP lideri Dövlət Baxçalıya partiya rəhbərliyi uğrunda mübarizə aparan bütün namizədlərə liderlik edərək qurultaya getməyin vacibliyini vurğulayıb:
“Hörmətli sədrim D. Baxçalı, türk milliyyətçilərinin, ülküçü iradəyə malik insanların qurultay salonunda ortaya qoyacağı mövqedən məhrum etməyə çalışmayın. Ülkücüləri və milliyətçiləri məhkəmə qapılarına salmayın”x9d.
Nümayəndələrin qurultayda iştirak etmək niyyətində olduğunu dilə gətirən S. Oğan bildirdi ki, D. Baxçalı 19 ildə rəhbər olduğu kimi yenə də öz kreslosunda qala bilər. “Bütün namizəd qardaşlarımızı çağırın, bir araya gəlib məsələni müzakirə edək və partiyanı qurultaya götürək. Çünki 548 nümayəndə bunu istəyir. Onların buna haqqı var və sizin də bundan başqa bir yolunuz yoxdur”x9d, - deyə S. Oğan vurğulayıb.
Ülkücüləri bir çətir altında toplayacağını deyən S. Oğan əlavə edib ki, partiyamızdan və Böyük Birlik Partiyasından olan nə qədər insanı küsdürüb digər partiyaların sosial bazasına çevirmişiksə, yenidən onların hamısına qucaq açacağıq:
“Ülküçü və milliyətçiləri bir çətir altına toplayacağıq. Allah nəsib edərsə, biz 2019-da hədəflərimizə nail olub iqtidar olacağıq”x9d.
S.Oğan onu da əlavə edib ki, D. Baxçalı sədr olmaq istəyirsə qalsın və bunda heç bir problem yox. “Sadəcə bizə mərkəzi qərargahda fəaliyyət üçün şərait yaradılsın, vəssəlam. Türk milliyətçiləri demokratiya gətirəcək. Demokratiyadan qorxmayacağıq. Cənab Baxçalı, demokratiyadan qorxma, hörmətli president Rəcəb Tayib Ərdoğan və baş nazir Əhməd Davudoğlu, siz də demokratiyadan qorxmayın. Çünki demokratiya hamınıza lazım olacaq”x9d, -deyə S. Oğan səsləndi.








































































































