Türkiyədə dağıntılar altında qalan qapıçının MEYİTİ TAPILDI

Türkiyədə dağıntılar altında qalan qapıçının MEYİTİ TAPILDI

Hazırda oxunan: Türkiyədə dağıntılar altında qalan qapıçının MEYİTİ TAPILDI
118797
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Əhməd Eyüp Türkaslan həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə yerli idman jurnalisti Göktuğhan Argın özünün “Twitter” hesabından xəbər verib.

“Malatyaspor”un yeni qapıçısı Eyüp Türkaslanın cansız cəsədi dağıntılar altında tapılıb. Ailəsinə və klubuna başsağlığı veririk”, - deyə o, paylaşımında bildirib.

“Hatayspor”un dağıntılar altında qalan idmançılarından ikisi xilas edilib, dördünün isə axtarışları davam edir.

Bu barədə “Hatayspor” klubunun baş məşqçisi, Türkiyə milli komandasının keçmiş qolkiperi Volkan Demirel xəbər verib.

Onun sözlərinə görə, futbolçulardan Burak Öksüz dağıntılar altından çıxarılıb, Bertuğ Yıldırımın və Kerim Alıcının da vəziyyətləri yaxşıdır.
Futbolçulardan Kristian Atsu, Onur Ergün, idman direktoru Taner Savut və tərcüməçi Emrenin axtarışları davam edir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO